İstanbulda silahlı hücum: ölən və yaralananlar var

3-02-2016, 09:03           
İstanbulda silahlı hücum: ölən və yaralananlar var
Türkiyənin İstanbul şəhərinin Eyüp rayonunda “Böyük Osmanlı” dərnəyi naməlum şəxslərin silahlı hücumuna məruz qalıb. ANS PRESS-in “İHA”ya istinadən verdiyi məlumata görə, hücum nəticəsində ölən və yaralananlar olub.

Ötən gecə yerli vaxtla saat 22:00 (Bakı vaxtıyla 00.) radələrində “Böyük Osmanlı" ictimai həmrəylik, təhsil və mədəniyyət dərnəyi silahlı hücuma məruz qalıb. Dərnək binasına gedən üzü maskalı 2 nəfər iriçaplı silahlarla binanı intensiv atəşə tutublar. Qanlı hadisədən sonra cinayəti törədənlər hadisə yerini piyada tərk ediblər.

Dərhal hadisə yerinə çox sayda polis və təcili yardım cəlb olunub. Ətrafda təhlükəsizlik tədbirləri gücləndirilib. Polis qanlı hadisəni törədən şübhəlilərin saxlanılaraq yaxalanması üçün əməliyyatlara başlayıb.

Hadisə zamanı yaralanan 4 nəfər təcili yardım avtomobili ilə yaxınlıqda olan xəstəxanaya çatdırılıb. Başından yaralanan və vəziyyəti ağır olan bir nəfərin həyatını xilas etmək mümkün olmayıb. Digər 3 yaralının müalicəsi davam edir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.