Ukrayna Hərbi Dəniz Qüvvələri “Bayraktar TV2” pilotsuz aparatlar kompleksini alacaq

27-01-2021, 22:49           
Ukrayna Hərbi Dəniz Qüvvələri “Bayraktar TV2” pilotsuz aparatlar kompleksini alacaq
Bu il Ukrayna Hərbi Dəniz Qüvvələri Türkiyə istehsalı olan “Bayraktar TV2” pilotsuz aparatlar kompleksini alacaq.

Bu barədə Ukrayna Hərbi Dəniz Qüvvələrinin komandanı, kontr-admiral Aleksey Neijpapa Odessa şəhərindəki Türkiyənin “Baykar Makina” şirkətinin nümayəndələri ilə görüş zamanı bildirib.

“Bu il Ukraynanın Hərbi Dəniz Qüvvələri həm quruda, həm də dənizdə fəaliyyət göstərəcək pilotsuz aparatlar kompleksini əldə edəcək”, – deyə Ukrayna Silahlı Qüvvələrinin Hərbi Dəniz Qüvvələrinin komandanı vurğulayıb.

“Baykar Makina” şirkətinin Baş direktoru Xaluk Bayraktar isə deyib: “Biz pilotsuz uçuş kompleksləri hazırlayırıq. Ukraynaya dəstək olaraq ən son texnologiyaları təqdim edirik. Biz qarşıya qoyduğumuz məqsədlərə birgə nail olmaq üçün Ukrayna tərəfdaşları ilə öz təcrübəmizi həmişə bölüşəcəyik”(azərtac).












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru