"KQB Tələt" türk paçasını dərdə saldı - FOTO
8-02-2016, 14:09
Azərbaycan əsilli general leytenantın adı Türkiyədə dələduzluqda hallanır. ANS PRESS-in "Hürriyət" qəzetinə istinadla verdiyi məlumata görə, rus generalıyam deyən Tələt Ənvəroviç Çetin Naci Karakayanın evində axtarış aparılmasına səbəb olub. "KQB Tələt" ləqəbli Çetinle bağlı bir ittihamda adı halallanan Karakayanın evində axtarış aparılır, kompüteri müsadirə edilib.
Tələt Çetin adı ilk olaraq 2012-ci ildə gündəmə gəlib. "KQB Tələt" ləqəbli şəxs özünü Rusiya federal təhlükəsizlik xidmətinin generalı olaraq tanıdıb. Özbəkistanda tutulan 5 türk iş adamının yaxınlarından 2 milyon dollar alıb və gizlənib. Azərbaycanlı əsilli T.Ənvəroviç Çetinin adı bu dəfə çirkli pulları yumaq, tarixi əsər qaçaqmalçılığı araşdırması ilə bağlı gündəmə gəlib.
Tələt Ənvəroviç Çetin
Ötən ilin oktyabr ayında Ankara polis idarəsinə müraciət edən şəxs Rusiyadan Türkiyəyə çirkli pulları gətirmək və tarixi əsər qaçaqmalçılığı etmək istəyən Çetinin bəzi haker qrupları ilə görüşdüyü, təqaüdçü general mayor Naci Karakayanın da Türkiyədəki bu işlərə nəzarət edəcəyini deyib.
Prokurorluğun bu şikayət əsasında başladığı araşdırması çərcivəsində onunla yanaşı 3 nəfərin evində yoxlama aparılıb, kompüter, mobil telefonlar və bəzi özəl əşyalar götürülüb.
Çetinlə tez-tez telefonda danışdığını etiraf edən Karakaya onunla Rusiyada olarkən tanış olduğunu deyib. "Çetin Rusiya Daxili İşlər Nazirliyində Təhlükəsizlik akademiyasının komandir köməkçisi və general leytenandır. Antaliyada keçirilən "G-20" zirvə toplantısında Putinin heyətində yer almışdı.
Lakin o səsləndirilən ittihamları rədd edib və bunları "axmaqlıq" adlandırıb.
Tələt Ənvəroviç və Çetin Naci Karakaya
Tələt Ənvəroviç Çetinin internetdəki şəxsi səhifəsində aşağıdakı məlumatlar yer alır. “Rusiya Milli Təhlükəsizlik Akademiyasında beynəlxalq əlaqələr üzrə sədr müavini. Beynəlxalq hüquq və iqtisadiyyat üzrə təhsil almış türk əsilli Rusiya vətəndaşı. Rusiyada yaşayır".
Türk qəzetinin iddiasına görə, Çetin Rusiyada rəsmi şəkildə heç bir dövlət qurumunda çalışmır. Milli Təhlükəsizlik Akademisyasının isə Rusiya Ədliyyə Nazirliyində qeydiyyatı yoxdur. İddiaya görə, o bu vəzifələrdən sui istifadə edir.