Özbəkistanda vilayət hakimi konteynerdə məskunlaşıb - Xalqa yaxın olmaq üçün...

3-03-2021, 02:08           
Özbəkistanda vilayət hakimi konteynerdə məskunlaşıb - Xalqa yaxın olmaq üçün...
Buxara vilayətinin hakimi (başçısı) Botir Zaripov "xalqa yaxın olmaq üçün" konteynerdə məskunlaşıb.

Müvəqqəti yaşayış yeri Alat rayonunun Davlatbay məhəlləsində quraşdırılıb. İndi sakinlər məmurun yanına gələ və öz problemlərinin həllini şəxsən hakimdən tələb edə bilərlər.

Vilayət adminisrasiyasının xəbərinə görə, Zaripov martın 2-də artıq özünün yeni «mənzilində» rayonun sosial-iqtisadi inkişafını müzakirə edib.


Buxara hakimi konteynerdə məskunlaşan ilk məmur deyil. Belə ideyanı bu günlərdə prezident Şavkət Mirziyoyev ortalığa atıb. Ötən həftə Namanqan vilayətinin Bunyodkor məhəlləsinə səfəri zamanı dövlət başçısı aşkar edib ki, orada içməli su və təbii qaz yoxdur, yolların və binaların isə təmirə ehtiyacı var. Bütün bunlara görə, Namanqanın meri və prokuroru cəzalandırılıb. Mirziyoyev tələb edib ki, yüksək çinli dövlət məmurları yaşamaq üçün məhəllələrə köçməlidirlər ki, problemləri yaxşı görə və effektiv həll edə bilsinlər. O zaman vilayət başçısı Şavkatjan Abdurazzakov yerli sakinlərə söz verib ki, konteynerə köçəcək və onların məhələsində yaşayacaq.

Hesab edirik ki, özbəklərin bu təcrübəsini tez bir zamanda Azərbaycana gətirmək və bizim məmurları milyonluq villalardan konteynerlərə köçürmək lazımdır.

AzPolitika.info












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.