Türkiyədə helikopter qəzasında şəhid olanların sayı artdı:biri general olmaqla 11 hərbçi şəhid olub, yaralılar var - FOTOLAR

5-03-2021, 00:08           
Türkiyədə helikopter qəzasında şəhid olanların sayı artdı:biri general olmaqla 11 hərbçi şəhid olub, yaralılar var - FOTOLAR
Son məlumata görə, yaralı əsgərlərdən biri də xəstəxanada vəfat edib. Bununla da şəhid sayı 11-ə çatıb.

***

Türkiyədə Bingöldən havaya qalxan hərbi helikopter qəzaya uğrayıb.

Bu barədə Türkiyə Milli Müdafiə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, nəticədə 9 hərbçi həlak olub, 4 hərbçi yaralanıb.

Məlumata görə, şəhid düşən hərbçilərdən biri də 8-ci ordu korpusunun komandiri, general Osman Ərbaşdır.

Yaralılar isə hadisə yerindən xəstəxanalara çatdırılıb.

Son məlumata görə, yaralı əsgərlərdən biri də xəstəxanada vəfat edib. Bununla da şəhid sayı 10–a çatıb.

Allah rəhmət eləsin!














Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru