Dünya silah bazarında İDDİALI GÜC: Türkiyə daha bir müştəri qazandı

8-03-2021, 07:16           
Dünya silah bazarında İDDİALI GÜC:
Son illərdə Türkiyə Respublikası dünya silah bazarında iddialı gücə çevrilib.
Publika.az xəbər verir ki, Türk Müdafiə Sənayesinin istehsalı olan əvəzedilməz silahlara olan maraq bu bazarda böyük alıcı kütləsi formalaşdıra bilib.

Son məlumata görə, Banqladeş Türkiyədən "TRG-300 KAPLAN" çoxmənzilli raket sistemlərini alacağını açıqlayıb. Bu barədə ölkənin Baş qərargah rəisi General Aziz Ahmed məlumat verib.

Bildirilib ki, alqı-satqı ilə bağlı yaxın vaxtlarda Türkiyənin "Roketsan" müdafiə sənayesi şirkəti ilə müqavilə imzalanacaq.

Qeyd edək ki, "TRG-300 KAPLAN" maksimum 120 km uzaqlıqda olan hədəfləri məhv edə bilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.