ABŞ Türkiyəyə 30 helikopterin Pakistana tədarükünün qarşısını aldı

8-03-2021, 17:49           
ABŞ Türkiyəyə 30 helikopterin Pakistana tədarükünün qarşısını aldı
ABŞ Türkiyənin 30 “ATAK” zərbə helikopterinin Pakistana tədarükünün qarşısını alıb.
Teref.az xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın sözçüsü İbrahim Kalın “Bloomberg”ə müsahibəsində Rusiya istehsalı olan “S-400” raketi ilə bağlı ABŞ-ın ölkəsinə tətbiq etdiyi sanksiyasından danışarkən bildirib.

Onun sözlərinə görə, bu tenderi çox güman Çin əldə edəcək:

“ABŞ Pakistana satmaq üçün planlaşdırılan döyüş helikopterinin tədarükünün qarşısını alıb. Bu, tenderi Çinin əldə etməsi ilə nəticələnəcək. Ancaq bu məsələdə uduzan ABŞ olacaq”.

Türkiyə Müdafiə Sənayesinin mətbuat xidmətindən “RİA Novosti”yə bildirilib ki, 2018-ci ilin iyulunda 30 “ATAK” helikopterin tədarükü ilə bağlı Pakistanla Türkiyə arasında müqavilə imzalanıb. Bu Türkiyənin müdafiə məhsullarınin eyni vaxtda tədürükü ilə bağlı imzalanan ilk iri həcmli müqavilə olub. Müqavilənin ümumi məbləği 1,5 milyard ABŞ dollarıdır. ABŞ həmin helikopterdə istifadə olunan mühərriyə lisenziyanı verməkdən imtina edib. Bu səbəbdən Türkiyə helikopter üçün öz mühərriyini hazırlayır.
Report












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.