Türkiyə Süveyş kanalındakı problemlə bağlı kömək təklif etdi

27-03-2021, 12:36           
Türkiyə Süveyş kanalındakı problemlə bağlı kömək təklif etdi
Süveyş kanalında saya oturaraq hərəkəti iflic edən "Ever Given" konteyner gəmisinin xilasetmə işləri davam edir.

Trend-in məlumatına görə, hazırda gəminin ön hissəsində torpağın qazılması yolu ilə hərəkətin bərpa olunması işlər aparılır.

Türkiyə hğkuməti gəminin xilas edilməsi ilə əlaqədar Misir hökumətinə yardım etməyə hazır olduğunu bildirib. Eyni zamanda, ABŞ da hadisə yerinə öz gəmilərini göndərə biləcəyini deyib.

Hazırda Süveyş kanalında yaranmış tıxacda yüzlərlə gəminin qaldığı deyilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru