Türkiyənin İrəvandakı “səfirinin” kim olduğu “elan edildi”

28-03-2021, 22:20           
Türkiyənin İrəvandakı “səfirinin” kim olduğu “elan edildi”
"Ermənistan Təhlükəsizlik Şurasının binası bu andan etibarən Türkiyənin Ermənistandakı Səfirliyi, katibi isə (Arman Qriqoryan – red.) Türkiyə səfiri və maraqlarının xidmətçisidir".

Teref.az xəbər verir ki, bunu Daşnaksütyun Partiyasının rəsmi nümayəndəsi İşxan Saqatelyan İrəvanda keçirilən mitinqdə çıxışı zamanı deyib.

“Təbii olaraq, Ermənistan vətəndaşları Təhlükəsizlik Şurası katibinə Türkiyənin Ermənistandakı xəfiyyəsi kimi yanaşmalıdırlar. Ermənistanda iki xətt var. Birinci xətt Ermənistanı psevdo sülhsevərlik bəhanəsi ilə məhvə aparmaq istəyən Nikol və onun komandasıdır. İkinci xətt bizik. Biz milli dəyərlərimizi, dövlətçiliyimizi, “artsaxı” qorumaq istəyirik. Bizim istiqamətimiz qalib gəlməlidir”, – deyə o bildirib.

axar.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru