Türkiyə XİN Azərbaycanla bağlı bəyanat yayıb

29-03-2021, 13:55           
Türkiyə XİN Azərbaycanla bağlı bəyanat yayıb
2020-ci ilin dekabrın 10-da Bakıda imzalanan Türkiyə Respublikası Hökuməti və Azərbaycan Respublikası Hökuməti arasında şəxsiyyət vəsiqəsi ilə səfərlər Protokolunun daxili təsdiq prosesi hər iki ölkə tərəfindən yekunlaşıb.

“Report” xəbər verir ki, bu barədə Türkiyə Xarici İşlər Nazirliyinin bəyanatında qeyd olunub.

Sözügedən Protokol aprelin 1-dən başlayaraq qüvvəyə minəcək. Beləliklə, iki ölkə vətəndaşları Türkiyə və Azərbaycan arasındakı birbaşa səfərlərini pasporta ehtiyac duymadan, sadəcə yeni növ şəxsiyyət vəsiqəsi təqdim edərək edə biləcək. Can Azərbaycanla aprelin 1-dən başlayaraq həyata keçəcək yeni tətbiq ölkələrimiz arasındakı “iki dövlət, bir millət” anlayışındakı güclü qardaşlıq bağlarını daha da möhkəmləndirəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.