Türkiyədən Azərbaycana sement ixracı azalıb - NAZİRLİK

30-03-2021, 11:24           
Türkiyədən Azərbaycana sement ixracı azalıb - NAZİRLİK
2021-ci ilin yanvar-fevral aylarında Türkiyədən Azərbaycana sement ixracı 2020-ci ilin eyni dövrü ilə müqayisədə 15 faiz azalaraq 4,81 milyon dollar təşkil edib.

Teref.az Trend.az-a istinadən xəbər verir ki, bu barədə Türkiyə Ticarət Nazirliyindən bildirilib.

Fevral ayında Türkiyə Azərbaycana 2,891 milyon dollar məbləğində sement ixrac edib ki, bu da ötən ilin fevralı ilə müqayisədə 8,3 faiz çoxdur.

2021-ci ilin yanvar-fevral aylarında Türkiyənin dünya bazarlarına sement ixracı 2020-cü ilin ilk iki ayı ilə müqayisədə 2,1 faiz artaraq 609,554 milyon dollara bərabər olub.

Son 12 ay ərzində (fevral 2020-ci il – fevral 2021-ci il) Türkiyə 3,77 milyard dollar məbləğində sement ixrac edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru