Türkiyə gəmisi Qara dənizdə yeni qazma işlərinə başladı

9-04-2021, 06:07           
Türkiyə gəmisi Qara dənizdə yeni qazma işlərinə başladı
Türkiyənin ilk yerli kəşfiyyat-axtarış qazma gəmisi “Fatih” Qara dənizdə yeni qazma işlərinə başlayıb.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Türkiyənin enerji və təbii sərvətlər naziri Fatih Dönmez, şəxsi tvitter hesabında bildirib.

Məlumata əsasən, gəmi “Sakarya” yatağının “Amasra-1” quyusunda qazma işləri aparacaq.

Xatırladaq ki, Türkiyə tarixinin ən böyük təbii qaz kəşfi bu ilin avqust ayında Qara dənizdə həyata keçirilib.

Qeyd edək ki, “Fatih” kəşfiyyat gəmisi “Sakarya” yatağındakı “Tuna” kəşfiyyat quyusunda 320 milyard kubmetr təbii qaz ehtiyatı aşkarlayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru