Türkiyənin Çorum vilayətində zəlzələ baş verib

11-04-2021, 22:45           
Türkiyənin Çorum vilayətində zəlzələ baş verib
Bildirilir ki, ətraf bölgələrdə də hiss olunan yeraltı təkan yerli əhalidə təşviş yaradıb. Dağıntı və zərərin müəyyən edilməsi üçün araşdırma aparılır.
Türkiyənin Çorum vilayətinin Dodurga rayonunda yerli vaxtla saat 17.06-da (Bakı vaxtı ilə 18.06) Rixter cədvəli üzrə 4,2 bal gücündə zəlzələ olub.

Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.

Bildirilir ki, ətraf bölgələrdə də hiss olunan yeraltı təkan yerli əhalidə təşviş yaradıb.

Dodurga bələdiyyəsinin sədri Mustafa Aydın bildirib ki, yeraltı təkan nəticəsində insan tələfatı yoxdur. Dağıntı və zərərin müəyyən edilməsi üçün araşdırma aparılır.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru