İraqın şimalında raket hücumunda türk əsgəri həlak olub

15-04-2021, 08:03           
İraqın şimalında raket hücumunda türk əsgəri həlak olub
İraqın şimalında törədilən raket hücumunda Türkiyə hərbi qulluqçusu həlak olub.

Trend-in məlumatına görə, bu barədə öz "Twitter" səhifəsində Türkiyə Müdafiə Nazirliyi bildirib.

Məlumata əsasən, üç raket Qedu hərbi bazasının yaxınlığına düşüb. Onlardan biri bazaya, digəri kəndə düşüb.

Nazirlik hücum nəticəsində Türk ordusunun bir əsgərinin öldüyünü və bir uşağın yaralandığını qeyd edib.

Hücumdan sonra bölgəyə pilotsuz uçuş aparatı göndərildi və dərhal lazimi tədbirlər görülüb.

Nazirlik əsgərin ailəsinə başsağlığı verib və uşağın tezliklə sağalmasını arzu edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru