Yunanıstan XİN rəhbəri Ankarada mətbuat konfransında münaqişə yaradıb

15-04-2021, 21:52           
Yunanıstan XİN rəhbəri Ankarada mətbuat konfransında münaqişə yaradıb
“Türkiyə ilə Yunanıstan arasında ikitərəfli münasibətlərin pozitiv bir mühitdə keçirilməsini arzu edirik, lakin yunan həmkarım Türkiyə haqqında qəbuledilməz ittihamlar etdi. Cənab Dendiasın mətbuatın önündə millətimizi, dövlətimizi ağır şəkildə ittiham etməsini qəbul etmirəm”.

APA-nın yerli bürosunun xəbərinə görə, bunu Türkiyənin xarici işlər naziri Mövlüd Çavuşoğlu Ankarada səfərdə olan Yunanıstan XİN başçısı Nikos Dendiasla görüşündən sonra keçirilən mətbuat konfransında bildirib.

İki ölkə arasında əlaqələrin müsbət həlli yolunda davam edən mətbuat konfransının sonunda N.Dendiasın “əgər Türkiyə Yunanıstanın suverenliyini pozmağa davam edərsə, bizim ittihamlarımız təkrar gündəmə gələcək”, - deyə işlətdiyi ifadələrə M.Çavuşoğlu etiraz edib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru