Ərdoğan Ankara terrorundan danışdı: "Səbrimiz tükənir"

18-02-2016, 01:45           
Ərdoğan Ankara terrorundan danışdı: "Səbrimiz tükənir"
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan paytaxt Ankarada baş verən terror hadisəsindən danışıb.

Musavat.com xəbər verir ki, R.T.Ərdoğan hücumu reallaşdıran güclərlə mübarizələrinə daha kəskin şəkildə davam edəcəklərini bildirib.

Ərdoğan deyib: “Türkiyənin terrorla mübarizəsində verdiyimiz itkilərin artması millət olaraq ürəyimizi yaralayır, səbrimizi tükədir. Əxlaqi və insani anlayışı olmayan bu hücumları reallaşdıran "oyuncaqlarla" və onların arxasındakı güclərlə mübarizəmizi hər gün daha qərarlı bir şəkildə davam etdirəcəyik. Birliyimizə, bərabərliyimizə, gələcəyimizə qarşı sərhədlərimizdən kənarda və ya daxildə baş verən hücumlara misli ilə cavab verəcəyik.

Türkiyənin özünümüdafiə haqqını hər zaman, hər yerdə və hər vəziyyətdə istifadə edəcək”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru