Ankarada terror törədənin fotosu yayıldı

18-02-2016, 13:21           
Ankarada terror törədənin fotosu yayıldı
Türkiyənin paytaxtı Ankarada hərbçilərə qarşı terror törədən kamikadzenin kimliyi bəlli olub.

Axar.az “Sözcü” qəzetinə istinadən xəbər verir ki, 28 hərbçinin şəhid olduğu terroru suriya əsilli 24 yaşlı Salih Necarın törətdiyi müəyyən edilib.

Məlumata görə, PKK-nın Suriya qanadı PYD-nin döyüşçüsü olan Salih Nacar suriyalı qaçqınlarla bərabər Türkiyəyə keçib.

Qeyd edək ki, dünən axşam saatlarında Türk Silahlı Qüvvələrinin hərbçilərini daşıyan maşınlara kamikadze hücumu olub. Nəticədə 28 hərbçi həlak olub, 61 nəfər isə yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru