Baxçalı od PÜSKÜRDÜ: - “Alçaqlar!”

18-02-2016, 13:23           
Baxçalı od PÜSKÜRDÜ: - “Alçaqlar!”
Ötən gün Ankarada baş verən dəhşətli terror hadisəsi beynəlxalq gündəmin diqqət mərkəzindədir.

Modern.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, Milliyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı terror aktını kəskin şəkildə pisləyən bəyanatla çıxış edib.

O deyib ki, bu cür fövqəladə vəziyyətin yaranması düşmənlik və barbarlıqdır.

“Kim nə edirsə etsin, əziz millətimiz terrora boyun əyməyəcək, təslim olmayacaq. Heç bir cani, qatil, terror təşkilatı və bunları himayə edən yerli və xarici havadarlar məqsədlərinə çatmayacaq”.

MHP lideri bildirib ki, Türkiyə bu gün terrorun və cinayətin, fəlakətlərin təhdidi altındadır. Bununla belə o qeyd edib ki, Türkiyə dövləti ona qarşı oynanılan oyunları poza biləcək gücdədir.

“Türkiyə zalımların, insan canına qəsd edən alçaqların oyununu poza biləcək güc və qüdrətə sahibdir”.

Qeyd edək ki, son məlumatlara görə, Ankarada baş vermiş terror nəticəsində 28 nəfər ölüb, 61 nəfər isə yaralanıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru