“Qarabağ problemi daxil olmaqla, bütün məsələlərdə Azərbaycanla birlikdə hərəkət edirik” - Çavuşoğlu

18-02-2016, 14:16           
 “Qarabağ problemi daxil olmaqla, bütün məsələlərdə Azərbaycanla birlikdə hərəkət edirik” - Çavuşoğlu
“Azərbaycan xalqına göstərdiyi dəstəyə görə təşəkkür edirəm”.
APA-nın məlumatına görə, bunu Azərbaycanda səfərdə olan Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu azərbaycanlı həmkarı ilə görüşdən sonra keçirilən mətbuat konfransında deyib.

“Terrorun hər formasına qarşı həmişəkindən daha çox birlik içərisində olmalıyıq. Terror səbəbi ilə Yüksək Səviyyəli Əməkdaşlıq Şurasının iclası baş tutmadı. Ən qısa müddətdə görüş keçiriləcək. Azərbaycan ilə Türkiyə əlaqələrini daha da irəli aparmaq istiqamətində iradə var. Azərbaycan bu il müstəqilliyinin 25 illiyini qeyd edəcək. Görüşdə bir sıra ortaq layihələri müzakirə etdik. Sabah mümkün olarsa, BTQ dəmiryol xətti layihəsini yaxından izləyəcəyik. Beynəlxalq aləmdə Azərbaycanla Türkiyə birlikdə hərəkət edir. Qarabağ problemi daxil olmaqla, bütün məsələlərdə birlikdə hərəkət edirik. Fevralın 26-da Xocalı faciəsinin ildönümüdür. Bu hadisəni törədənləri lənətləyirəm və faciə qurbanlarına allahdan rəhmət diləyirəm. Azərbaycanla terror baxış bucağımızda heç bir dəyişiklik yoxdur”.

Azərbaycan xarici işlər naziri Elmar Məmmədyarov isə Ankarada baş verən terror aktı zamanı həyatının itirənlərə ailələrinə səbr dilədiyini bildirib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru