İranda 2 Azərbaycanlı məhbusa ölüm hökmü kəsildi: Onlardan biri 3 dəfə edam olunacaq

28-07-2021, 07:16           
İranda 2 Azərbaycanlı məhbusa ölüm hökmü kəsildi:
İran Ali Məhkəməsi, "Peyğəmbəri təhqir etmək" ittihamı ilə məhkum edilən, Arak Həbsxanasında saxlanılan iki azərbaycanlı məhbus - Yusif Mehrəd və Səadullah Fazeli haqqında çıxarılmış ölüm hökmünü qüvvədə saxlayıb.

Ovqat.com Güney Azərbaycan Milli Azadlıq Cəbhəsinə (GAMAC) istinadən xəbər verir ki, Səadullah Fazeliyə "müqəddəs dəyərləri təhqir etdiyinə" görə 3 dəfə, " Yusif Mehrədə isə bir ölüm hökmü verilib.

Məlumata görə, hər iki vicdan məhbusunun telefonları prokurorun əmri ilə kəsilib və ailələri və ya həbsxananın xaricində hər hansı şəxslə əlaqə qurmalarına icazə verilmir. Yusif Mehrəd evlidir və üç azyaşlı övladı var.

Yusif Mehrəd 25 iyun 1999-cu ildə Ərdəbildəki evində tutulub Araka gətirilib. O və Səadullah Fazili 2 may tarixində Arak Cinayət Məhkəməsinin Birinci Şöbəsi tərəfindən edama məhkum edilib. Faziliyə qarşı irəli sürülən maddələrində "rejim əleyhinə təbliğat, qrup qurma, İslam Respublikasının qurucusunu təhqir etmək” kimi ittihamlar da var.

İnsan Hüquqları Müdafiəçiləri Mərkəzi iki vicdan məhbusunun məhkəmə və təhlükəsizlik xidməti işçiləri tərəfindən dəfələrlə təhdid olunduğunu bildirib.

İnsan hüquqları təşkilatı Arak məhkəməsi tərəfindən çıxarılan qərarları "insanlıqdan kənar" olaraq xarakterizə edib, qərarların rejimi tənqid edənləri bastırmaq və susdurmaq, ifadə azadlığını məhdudlaşdırmaq, tənqidçilərin yaşamaq hüquqlarını pozmaq məqsədi daşıdığını vurğulayıb.

İran İnsan Haqları Təşkilatına görə, 2021-ci ilin ilk altı ayında ölkənin müxtəlif həbsxanalarında ən az 117 nəfər edam edilib, bunlardan 30-u Bəluç etniklərindən olub.

Bildirilir ki, İranda iyun ayında keçirilən prezident seçkilərindən bəri edam hökmləri artmaqdadır. 19 iyundan 19 iyula qədər keçən bir ay ərzində ən azı 38 nəfər edam cəzasına məhkum olunub. Qeyd edək ki, indiki İran prezidenti İbrahim Rəisi bundan əvvəl ölkənin məhkəmə sistemlərinin rəhbəri vəzifəsini həyata keçirirdi. Beynəlxalq Amnistiya Təşkilatının iddiasına görə, o, 2009-cu ildən xalq etirazlarının yatırılmasında müstəsna rol oynamış, minlərlə insana edam hökmü kəsmişdi. Rəisi bu hökmləri ilə müxalifləri arasında Ayətullahı-Genosid ləqəbi ilə məşhurdur. Odur ki, Rəisinin prezidentliyi dövründə edam hökmlərinin sayında qeydə alınan artım təəccüb doğurmur.

2020-ci ildə ən azı 246 edam hökmüylə İran ölümə məhkum edilmə sayı baxımından Çindən sonra ikinci yeri tutur.

Ovqat.comшаблоны для dle 11.2



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.