Səlcuq Bayraktarın mühəndis dostu yol qəzasında həlak oldu - FOTO

28-11-2021, 00:05           
Səlcuq Bayraktarın mühəndis dostu yol qəzasında həlak oldu - FOTO
Türkiyənin Bursa şəhərində İnsani Yardım Vəqfi (İHH) üzvlərinin olduğu avtomobil qəzaya uğrayıb.

Teref.az musavat.com-a istinadla xəbər verir ki, qəza nəticəsində 4 nəfər ölüb.

Yol qəzasında həyatını itirənlərdən biri də “BAYKAR” şirkətinin müdafiə texniki direktoru Səlcuq Bayraktarın komanda yoldaşlarından olub. Tarık Kesekçi PUA-ların hazırlanmasında qrup rəhbəri kimi çalışıb.

Kesekçi “Akıncı”nın istehsal mərhələsindən bəhs edən sənədli filmdə Selçuk Bayraktarla birlikdə də rol almışdı. Həmin sənədli film “Nevşehirin qüruru Tarık Kesekçi” başlığı ilə sosial mediada bir çox insan tərəfindən paylaşılıb.

[Tarık Kesekçi kimdir? Tarık Kesekçi kaç yaşındaydı?]

Müdafiə Sənayesi naziri İsmail Dəmir, "Nəqliyyat qəzası nəticəsində həyatını itirən mühəndis qardaşımız Tarık Kesekçiyə Allahdan rəhmət, ailəsinə, sevənlərinə və “Baykar2 komandasına başsağlığı diləyirəm. Məkanı cənnət olsun", – deyə paylaşım edib.

Səlcuq Bayraktar da qəzada həyatını itirən mühəndis dostu Tarık Kesekçi ilə bağlı paylaşım edib.

“Vətənpərvər, idealist, gözəl əxlaqlı, çalışqan, şüurlu, vəqfimizdə böyüyən və çox sevdiyim mühəndis qardaşım Tarık Kesekçi vəfat edib. AKINCI-da çoxlu səhərləri birlikdə keçirdik.

Qəbri nurla dolsun. Allah rəhmət eləsin, məkanı cənnət olsun.

Vətən sənə minnətdardır. Sənin üçün çox darıxacağam qardaş...”,-deyə paylaşımda bildirilib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.