Özəl universitetdə dələduzluq - yarım milyon pul mənimsənildi (FOTO)

29-11-2021, 17:21           
Özəl universitetdə dələduzluq - yarım milyon pul mənimsənildi (FOTO)
İstanbulda özəl universitetlərdən birində yemək xərcləri üçün yaradılmış hesabdan yarım milyon vəsait mənimsənilib.

32gun.az Türkiyə KİV-nə istinadən xəbər verir ki, hadisə ötən il universitetin əsas binasında baş verib. İddialara görə şübhəli şəxs kimi irəli sürülən Öndər K. inzibati heyətdə işləyirmiş.

Üç ildən çox vaxt keçdikdən sonra yemək xərcləri olan kartların istifadəsi başqa işçiyə tapşırılır. Öndər K. kartların hamısın təhvil vermədiyi üçün hadisənin üstü açılır.

Öndər K. polis tərəfindən dindirildikdən sonra törətdiyi əməli etiraf edib. Peşman olduğunu və pulu ödəmək istədiyini bildirib. Prokurorluq tərəfindən aparılan istintaqın sonunda Öndər K. "Vəzifədən sui-istifadə" maddəsi ilə azadlıqdan məhrum edilib.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.