Rusiyaya böyük şok - Danışıqları dayandırıb Ankara ilə təmasa keçdilər

6-12-2021, 10:43           
Rusiyaya böyük şok - Danışıqları dayandırıb Ankara ilə təmasa keçdilər
İraq Türkiyədən Bayraqdar TB2 pilotsuz uçuş aparatı (PUA) almaq qərarı verib.

Teleqraf.com-un məlumatına görə, bu barədə xəbər yayan rus mediası qeyd edib ki, İraq Müdafiə Nazirliyi ölkənin hava məkanını qorumaq üçün Rusiya istehsalı olan MİQ-29 qırıcısı almaq niyyətində olub.

Hətta bu məqsədlə Rusiya ilə danışıqlar da aparılıb. Lakin İraqın rus qırıcıları ilə maraqlanması ABŞ-ın diqqətini çəkib və Vaşinqtonun təpkisinə görə Bağdad rus qırıcıları almaqdan vaz keçib.

Xəbərdə qeyd edilir ki, rus qırıcıları almaq qərarını təxirə salan İraq Türkiyədən Bayraqdar TB2 dronları almaq niyyətindədir.

“İraq rəsmiləri Türkiyədən 100 milyon dollarlıq Bayraqdar TB2 dronu almaq üçün razılığa gəlib”, - rus mediası iddia edib.

Bu məbləğdə Türkiyədən 20 ədəd Bayraqdar TB2 dronu almağı planlaşdırdığı İraqın PUA-lardan İraq-Suriya sərhədini, İraqın dağlıq bölgələri və çöllərində istifadə edəcəyi güman edilir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru