Nazarbayev istefasından danışdı: Hər şeyin vaxtı var...

6-12-2021, 11:32           
Nazarbayev istefasından danışdı: Hər şeyin vaxtı var...
İki il yarım əvvəl mənə dedilər ki, konstitusiyaya görə, prezidentliyim üçün heç bir məhdudiyyət yoxdur. “Son seçkidə seçicilərin demək olar ki, 98%-i sizə səs verib. Bu postda işləməyə davam edin”. Amma məncə, hər şeyin öz vaxtı və öz növbəsi var.

Axar.az xəbər verir ki, bu sözləri Qazaxıstanın ilk prezidenti Nursultan Nazarbayev “Müstəqillik dərsləri” məqaləsində deyib.

Eks-prezident bildirib ki, 30 il hakimiyyətdə olduğu müddətdə o, çoxlu layiqli tələbələr yetişdirib, onlardan biri ölkəyə rəhbərlik edən Qasım-Jomart Tokayevdir:

“O, əsl vətənpərvər və yüksək peşəkardır, həm də yol yoldaşıdır. Prezidentlər dəyişəcək, lakin müstəqilliyimiz əbədi olaraq qalmalıdır. Bunun üçün hər bir qazaxıstanlı öz əsaslarını möhkəmləndirməyə, qüdrətini artırmağa, yaxşı adını qorumağa çağırılır”, - deyə Nazarbayev qeyd edib.

O əlavə edib ki, müstəqillik illərində Qazaxıstan bütün dünyanın hörmət etdiyi ölkəyə çevrilib.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru