Türkiyədə UEFA standartlarına cavab verən yeni stadionun açılışı olacaq

19-12-2021, 12:39           
Türkiyədə UEFA standartlarına cavab verən yeni stadionun açılışı olacaq
Türkiyənin Erzincan şəhərində yeni stadion istifadəyə veriləcək.

"Report" yerli mətbuata istinadən xəbər verir ki, arenanın açılış mərasimi yaxın günlərdə baş tutacaq.

TFF 2-ci liqada mübarizə aparan "24 Erzincanspor" mövsümün ikinci yarısında ev oyunlarını burada keçirəcək. UEFA standartlarına cavab verən stadion 12 min 981 azarkeş tutumuna malikdir.

Atatürk məhəlləsində köhnə arenanın yerində tikilən idman obyektində ticarət mərkəzi, restoran və müxtəlif idman növləri üçün zallar fəaliyyət göstərəcək.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.