Sergey Lavrovdan Antalya danışıqları barədə ilk AÇIQLAMA

10-03-2022, 16:15           
Sergey Lavrovdan Antalya danışıqları barədə ilk AÇIQLAMA
“Digər ölkələrə hücum etmək fikrimiz yoxdur. Heç Ukraynaya da hücum etməmişik. Sadəcə xəbərdarlıq edirik”.

“Report” xəbər verir ki, bunu Rusiyanın xarici işlər naziri Sergey Lavrov Antalya şəhərində Ukrayna və Türkiyə XİN başçıları ilə keçirdiyi üçtərəfli görüşdən sonra mətbuat konfransında söyləyib.

“Bütün əməliyyatlar plan üzrə gedir. Bizim Qərb həmkarlarımız bütün prinsipləri tapdalayaraq Ukraynaya ölümcül silah göndərirlər”, - o bildirib.

S.Lavrovun sözlərinə görə, hazırda Ukraynada hərbi əməliyyatlar plan üzrə davam edir: “Ukrayna tərəfi DXR və LXR-ə hücumları artıq bu ay üçün planlaşdırırdı”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.