Özbəkistan və Rusiya dəmir yolu əlaqəsini bərpa edəcək
27-03-2022, 00:06
Özbəkistan və Rusiya dəmir yolu əlaqəsini bərpa edəcək.
Yenisabah.az xəbər verir ki, Özbəkistan Nəqliyyat Nazirliyinin rəhbəri İlhom Mahkamov Daşkənddə keçirilən beynəlxalq investisiya forumunda çıxışı zamanı deyib.
O bildirib ki, bu, apreldə baş verə bilər.
“Biz indi gözləyirik ki, Rusiya Federasiyasından olan həmkarlarımız bizə müsbət cavab versinlər. Hesab edirik ki, aprelin 1-dən bununla bağlı irəliləyiş əldə edəcəyik”, – deyə Mahkamov vurğulayıb.