Atambayev zaldan çıxarılmasını istədi: “Mənə ömürlük cəza verin, ancaq özbaşınalığa son qoyun”

9-04-2022, 09:44           
Atambayev zaldan çıxarılmasını istədi:
Qırğızıstanın keçmiş prezidenti Almazbek Atambayev bu gün emosional şəkildə məhkəmə iclasından çıxarılmasını tələb edib.

O qeyd edib ki, sağlamlıq durumuna görə prosesdə iştirak etmək onun üçün çətindir.

“Ümid edirəm, hakim məni məhkəmə zalından çıxaracaq, onun buna hüququ var”, - deyə o bildirib.

Həkimlərin səhlənkarlığından bəhs edən keçmiş prezident məhkəmədən özbaşınalığa son qoyulmasını tələb edib.

“Mənə ömürlük həbs cəzası verin, ancaq özbaşınalığa son qoyun. Məni ələ salmağınız, işgəncə verməyiniz yetər!” - deyə A.Atambayev bildirib.

Mənbə: Sputnik Qırğızıstan












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru