Türkiyədə hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb - Ölən və yaralananlar var

9-04-2022, 00:02           
Türkiyədə hərbçilərin olduğu avtomobil qəzaya uğrayıb -
Türkiyədə hərbçiləri daşıyan avtomobil qəzaya uğrayıb.

Bu barədə “Report” “Anadolu” agentliyinə istinadən xəbər verir.

Məlumata görə, hadisə Adanada baş verib. Hərbçilərin olduğu avtomobilin digər nəqliyyat vasitəsilə toqquşması nəticəsində 2 hərbçi həlak olub, daha 3 nəfər yaralanıb. Yaralılar Kozan Dövlət Xəstəxanasına çatdırılıb. Qeyd edilir ki, onlardan birinin vəziyyəti ağırdır.

İlkin məlumata görə, qəzaya minik maşınının işıqforun qırmızı işığında yolu keçməsi səbəb olub. Nəticədə avtomobil hərbçilərin olduğu nəqliyyat vasitəsilə toqquşub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru