Serbiya Prezidenti: “Ərdoğandan “Bayraktar” PUA-ları istədim və razılıq aldım”

10-04-2022, 00:39           
Serbiya Prezidenti:
Serbiya Türkiyədən “Bayraktar” pilotsuz uçuş aparatları (PUA) almaq niyyətindədir.

“Report” xəbər verir ki, bu barədə Serbiya Prezidenti Aleksandar Vuçiç “Atəş qalxanı” təliminin nəticələrindən sonra bildirib.

"Biz helikopter aviasiyamızı gücləndirəcəyik, həmçinin pilotsuz təyyarələrin sayını artıracağıq. Mən iki gün əvvəl (Türkiyə Prezidenti-red) Ərdoğanla söhbətimdə “bayraktar”ları istədim və vəd aldım ki, türk “bayraktar”larını bu ölkədən almaq imkanı əldə edəcəyik”, - Prezident deyib.

Serbiya ordusunun “Atəş qalxanı” təlimləri şənbə günü Pasulyanske-Livade poliqonunda başa çatıb.

Türkiyə son illər təkcə silahlı qüvvələrinin ehtiyaclarını ödəmək üçün deyil, həm də ixrac üçün döyüş PUA-larının istehsalına başlayıb. Hazırda “Bayraktar” PUA-ları artıq altı ölkədə xidmətdədir: Azərbaycan, Qətər, Liviya, Mərakeş, Polşa və Ukrayna. Bu tip pilotsuz təyyarələrdən Qarabağ müharibəsində, Suriya və Liviyada, Ukraynada döyüş əməliyyatlarında istifadə olunub.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru