Pakistanın Baş naziri hökumətin yeni siyasi kursunu açıqlayıb

12-04-2022, 09:15           
Pakistanın Baş naziri hökumətin yeni siyasi kursunu açıqlayıb
Pakistanın yeni seçilmiş Baş naziri Şahbaz Şərif ölkəsinin Türkiyə ilə dostluq əlaqələrinin olduğunu və rəsmi Ankara hər zaman İslamabadın yanında yer aldığını bildirib.

Bu barədə “Report” xarici mətbuata istinadən xəbər verir.

Pakistanın 23-cü Baş naziri Şahbaz Şərif Pakistanın strateji tərəfdaşları və dostları tərəfindən tərk edildiyini və bu ölkələrin Kəşmir məsələsində səssiz qaldığını əsas gətirərək, İmran Xan hökumətinin xarici siyasətini tənqid edib.

Türkiyənin Prezident Ərdoğanın liderliyi ilə əhəmiyyətli irəliləyiş əldə etdiyini müdafiə edən Şərif, "Kəşmir məsələsində Türkiyə hər zaman Pakistan və Kəşmir xalqının arxasında dayanıb. Türkiyə hər zaman kəşmirlilərin arxasında dayanıb", - əlavə edib.

“Türkiyə ilə Pakistanın ayrılmaz bağları var”, - Şərif qeyd edib.

Çinin yaxşı və pis gündə Pakistanın müttəfiqi olduğunu vurğulayan Şərif Pekinlə münasibətlərin yaxşı olmasının vacibliyinə diqqət çəkib. Onun sözlərinə görə, əvvəlki hökumət Çin və Pakistan arasındakı dostluğu zəiflətməyə çalışıb. Baş nazir Çin-Pakistan dostluğunu heç kimin poza bilməyəcəyini vurğulayıb.

Şərif Səudiyyə Ərəbistanı, Türkiyə, Avropa Birliyi ölkələri, Birləşmiş Ərəb Əmirlikləri, İngiltərə və İranla yaxşı münasibətlərin olmasının vacibliyini vurğulayaraq, ABŞ-la münasibətlərin bərabərlik əsasında gücləndirilməsinin vacibliyini bildirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.