Qazaxıstan benzin və dizel yanacağının ixracına qoyulan qadağanı uzatmaq istəyir

13-04-2022, 10:42           
Qazaxıstan benzin və dizel yanacağının ixracına qoyulan qadağanı uzatmaq istəyir
Qazaxıstan bir sıra neft məhsullarının ölkədən ixracına məhdudiyyət müddətini artırmaq niyyətindədir.

AZƏRTAC xəbər verir ki, Qazaxıstan maye qaz istehsalını 12,9 faiz azaldıb. Ukraynada baş verən hadisələrlə əlaqədar maye qazın istehsal həcmi 717 min ton olub ki, bu da ötən ilin analoji dövrünə nisbətən 87,1 faiz təşkil edir.

Göstəricilərin azalmasının səbəbi Ukraynaya ixracın qeyri-sabit vəziyyəti ilə bağlı Qazaxıstanın “Tengizşevroil” zavodunda istehsalın azalması olub.

Energetika naziri Bolat Akçulakov bildirib ki, Qazaxıstanda avtomobil nəqliyyatı ilə benzin, dizel yanacağın və digər ayrı-ayrı neft məhsullarının ölkədən ixracına qadağa qoyulub və daha altı ay uzadılması məsələsi nəzərdə tutulur.

Xatırladaq ki, Qazaxıstan 2021-ci il noyabrın 21-dən ölkə ərazisindən avtomobil nəqliyyat vasitələri ilə benzin, dizel yanacağı və bəzi neft məhsullarının ixracına 6 ay müddətinə qadağa qoymuşdu.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.