Türkiyədə çoban 1800 il əvvələ aid qədim qala aşkarlayıb - FOTO 14-04-2022, 11:09 Türkiyədə Fərat çayı sahilində 1800 il əvvələ aid olan qədim qala aşkar edilib. Qala ərazidə qoyunlarını otaran Ramazan Kılınç adlı çoban tərəfindən aşkarlanıb. Hadisə yerinə dərhal mütəxəssislər cəlb edilib. Alimlər qeyd edib ki, qədim dövrlərdə Fərat çayının kənarında müdafiə qalaları və qüllələr tikilib və aşkar edilən qala da onlardan biridir. Facebook-da paylaş