Türkiyə regional deyil, qlobal gücdür!

16-04-2022, 11:16           
Türkiyə regional deyil, qlobal gücdür!
Türkiyə bu gün regional güc deyil, qlobal gücdür.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə xarici işlər naziri Mövlud Çavuşoğlu deyib.

O bildirib ki, Türkiyə dövləti Suriya, İraq, Liviya, Şərqi Aralıq, həmçinin Qafqaz, Qara dəniz bölgəsi, Balkan yarımadası və Yaxın Şərqdə millətin mənafeyini sonuna qədər müdafiə edir:

“Bu gün Türkiyə olaraq hər kəslə anladığı dildən danışmağı bacarırıq. Yaxşılıqdan anlayanı yaxşılıqla qarşılayırıq, cavabını almaq istəyənə cavabını veririk. Bunu etmək məcburiyyətindəyik. Çünki Türkiyə Cümhuriyyəti bu gün regional deyil, qlobal gücdür. Bu səbəbdən Türkiyə ilə danışmağın qaydası bilinməli, ona qarşı atılan addımlar hesablanmalıdır. Bizim də bu məsələdə hər kəsə hörmətimiz var və hörmət gözləyirik. Dünyanın hər yerində türk bayrağını dalğalandırmağa davam edəcəyik”.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru