Təcili: Türkiyə ordusu sərhəddə hazır vəziyyətdə gözləyir - Quru qoşun əməliyyatı masada

27-04-2016, 01:56           
Təcili: Türkiyə ordusu sərhəddə hazır vəziyyətdə gözləyir - Quru qoşun əməliyyatı masada
Türkiyə Silahlı Qüvvələri (TSK, Suriya tərəfindən atılan raket mərmilərinin düşdüyü Kilis rayonuna ordu toplayıb.

Avropa.info Türkiyə mediasına istinadən xəbər verir ki, İŞİD-in Klisə yenidən raket atacağı halda quru qoşunların Suriya ərazisində əməliyyat keçirəcəyi iddia edilir.

Məlumatlara görə, hökumətdən əmr gəlməsi halında türk əsgərlərinin Suriya ərazisində əməliyyat aparması üçün bütün hazırlıqlar görülüb.

Hərbi mənbələrdə Türkiyə hökumətinə yaxın media orqanlarına verilən məlumatlara görə, türk əsgərləri İŞİD-in Suriyanın cənubuna sıxşdırılması üçün əməliyyat aparması gözlənilir. Məlumatlara görə, Türkiyə sərhədləri yaxınlığında İŞİD-in olmasını istəmir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru