Ərdoğan AKP-dəki QALMAQALDAN danışdı: - "Davudoğlunun qərarıdır”

5-05-2016, 17:20           
Ərdoğan AKP-dəki QALMAQALDAN danışdı: - "Davudoğlunun qərarıdır”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan fövqəladə qurultay barədə açıqlama verib. Modern.az saytı Türkiyə mətbuatına istinadən verdiyi xəbərı görə, Ərdoğan bildirib ki, fövqəladə qurultay Baş nazir Əhməd Davudoğlunun öz qərarıdır.

“Fövqəladə qurultayın keçirilməsi Baş nazirin öz qərarıdır, xeyirli olsun”.

Qeyd edək ki, Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) fövqəladə qurultayı mayın 22-də keçiriləcək. Qurultayda partiyanın lideri, baş nazir Əhməd Davudoğlunun istefaya gedəcəyi və yeni sədrin seçiləcəyi gözlənilir. AKP-nin yeni sədri həm də baş nazir kreslosuna əyləşəcək. Bu vəzifəyə əsas namizədlər kimi Binali Yıldırım, Bəkir Bozdağ, Berat Albayrak, Numan Kurtulmuş və Mehmet Müəzzinoğlunun adları çəkilir.

Fövqəladə qurultayın çağırılması mayın 4-də axşam prezident Rəcəb Tayyib Ərdoğan və Baş nazir Əhməd Davudoğlunun görüşündə qərara alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru