Putinlə Tokayev Soçidə görüşdü - İlk açıqlamalar

19-08-2022, 18:15           
Putinlə Tokayev Soçidə görüşdü - İlk açıqlamalar
Rusiya Prezidenti Vladimir Putin və Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev Soçidə görüşüb və danışıqlara başlayıblar.

Bakupost.az Rusiya mətbuatına istinadla xəbər verir ki, görüş Rusiya liderinin Soçidəki "Boçarov Ruçey" iqamətgahında keçirilir. Dövlət başçıları ikitərəfli strateji tərəfdaşlıq, o cümlədən ticarət-iqtisadi əməkdaşlığın gələcək inkişafı məsələlərini müzakirə edəcəklər.

Vladimir Putin jurnalistlər qarşısında çıxışı zamanı Rusiya və Qazaxıstan arasında KTMT çərçivəsində birgə təlimlərin hazırlandığını açıqlayıb.

Qazaxıstan prezidenti çıxışında vurğulayıb ki, Rusiya ilə Qazaxıstan arasında əməkdaşlığa dair pessimist proqnozlar üçün heç bir əsas yoxdur. Qasım-Jomart Tokayev iki ölkə arasında əməkdaşlığa əlavə təkan vermək niyyətindədir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru