“KızılmaElma” pilotsuz qırıcılarının ikinci protoripi hazırlanıb

29-08-2022, 12:12           
“KızılmaElma” pilotsuz qırıcılarının ikinci protoripi hazırlanıb
Türkiyənin “Baykar” şirkəti “KızılmaElma” pilotsuz qırıcılarının (MİUS) ikinci protoripini hazırlayıb. Ordu.az xəbər verir ki, bu barədə şirkətin texniki meneceri Selçuk Bayraktar “Twitter” hesabında məlumat yayıb.

O, ilk uçuşunu 2023-cü ildə etməsi hədəflənən təyyarənin ikinci prototipinin Samsunda keçiriləcək “Teknofest 2022” sərgisində nümayiş etdiriləcəyini bildirib.

Bayraktar 19 iyun 2022-ci ildə “KızılmaElma” prototipinin görüntülərini paylaşıb. Sistemin səs sürətinə yaxın sürətdə fəaliyyət göstərəcəyi, növbəti prosesdə səs sürətini keçə biləcəyi bildirilir. Pilotsuz təyyarə 1,5 tona yaxın döyüş sursatı və faydalı yükləmə qabiliyyətinə sahib olacaq.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru