Rusiya paytaxtında gizli görüş: - MİT şefi Moskvaya niyə gedib?

29-08-2022, 12:35           
 Rusiya paytaxtında gizli görüş: -
Türkiyə Milli Kəşfiyyat Təşkilatının (MİT) rəhbəri Hakan Fidanla Moskvada suriyalı həmkarı Əli Məmlük arasında görüş keçirildiyi iddia edilib.

TEREF teleqraf.com-a istinadla xəbər verir ki, görüşün Rusiya müdafiə naziri Sergey Şoyqunun vasitəçiliyi ilə keçirildiyi bildirilir.

İddiaya görə, görüşdə tərəflər qarşılıqlı olaraq tələblərini biri-birilərinə çatdırıblar.

Bəşər Əsəd rejiminin əsas tələbi Türkiyə Silahlı Qüvvələrinin (TSK) Suriyadakı mövcudluğuna son qoymasıdır. Eyni zamanda Türkiyədən silahlı müxalifətə dəstəyin dayandırılması, Bab əl-Həva sərhəd qapısına nəzarətin onlara verilməsi tələb edilir.

Tələblər arasında beynəlxalq aləmdə sanksiyalardan yan keçmək üçün dəstək istəyi də var.

Türkiyənin Bəşər Əsəd rejimindən ən böyük tələbi isə PKK terror təşkilatının Suriya qolu olan YPG-yə qarşı ciddi mövqe sərgiləməsi ilə bağlıdır. Təhlükəsiz zonanın yaradılması, Türkiyənin dəstəklədiyi müxalifətlə danışıqların aparılması və suriyalı qaçqınların geri qaytarılmasının Ankaranın digər tələbləri arasında olduğu deyilir.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.