Afinanın Türkiyə ilə bağlı planı: Ya müharibə, ya da...

30-08-2022, 11:45           
Afinanın Türkiyə ilə bağlı planı: Ya müharibə, ya da...
Yunanıstan Türkiyəni S-400 hava hücumundan müdafiə sistemlərini işə salmağa məcbur etməklə Ankara ilə Qərb arasında münaqişə başlatmaq istəyir.

Axar.az xəbər verir ki, bunu türkiyəli ekspert Fəxri Erenel deyib.

“Yunanıstan gərginlik axtarır, çünki Ankaranın getdikcə daha çox tanınan qlobal oyunçuya çevrilməsindən narazıdır. Afinanın məqsədi ya müharibəyə başlamaq, ya da Türkiyə ilə Qərb arasında münaqişə yaradıb, Ankaranı S-400-ü aktivləşdirməyə məcbur etməkdir”, - o bildirib.

Ekspert qeyd edib ki, Yunanıstan gərginlik yaratmaqla, xüsusən də Ukraynadakı münaqişə zamanı Türkiyənin dünya diplomatiyasındakı xidmətinə zərbə vurmaq istəyir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru