Kasım-Jomart Tokayevdən maraqlı təkliflər

1-09-2022, 17:48           
Kasım-Jomart Tokayevdən maraqlı təkliflər
Teref.az yazır ki, Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev xalqa müraciət edib və bir sıra islahatlar təklif edib.
Tokayev yanvar etirazlarının iştirakçılarına amnistiya elan edib;
Növbədənkənar prezident seçkilərinin 2022-ci ilin payızında keçirilməsi (2024-cü ildə keçirilməli idi) və təkrar seçilmə imkanı olmadan prezidentlik müddətinin 7 ilə məhdudlaşdırılması təklif edilir;
"Dəbdəbəyə görə vergi"nin tətbiqinə baxılması təklif olunur;
Bələdiyyə orqanlarının səlahiyyətlərinin genişləndirilməsi, əks-mərkəzləşdirmənin aparılması;
Bundan əlavə, Tokayev minimum əməkhaqqının artırılmasını, məhkəmələrdə islahatların aparılmasını, xüsusi uşaq fondunun yaradılmasını (Milli Fondun illik gəlirinin 50%-nin uşaqların əmanət hesablarına köçürülməsini), kommunal şəbəkələrin yenilənməsini və ailə və məişət münasibətləri sahəsində qanun pozuntularına görə cəzaların artırılmasını təklif edir.
Teref.az












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru