Qazaxıstanda paytaxtın adının Astanaya qaytarılması təklif edilib

3-09-2022, 00:05           
Qazaxıstanda paytaxtın adının Astanaya qaytarılması təklif edilib
Qazaxıstan Məclisinin (parlamentin aşağı palatası) fevral ayında yaradılan “Jana Qazaxıstan” (“Yeni Qazaxıstan”) deputatlar qrupu ölkənin paytaxt şəhərinə əvvəliki adının - Astananın qaytarılmasını təklif edib.

Bu barədə qrupun bəyanatında deyilir.

“Konstitusiyaya əlavələr ediləcəyi təqdirdə, bu fürsətdən istifadə edərək, əsas qanuna daha bir mühüm dəyişiklik etmək lazımdır. Söhbət paytaxtın əvvəlki adının qaytarılmasından gedir. İnsan sağ olarkən onun adının şəhərə verilməsini yanlış hesab edirik, üstəlik, xalq da paytaxtın yeni adını qəbul etmədi. Ona görə paytaxta əvvəlki, ilk prezident Nursultan Nazarbayevin təklif etdiyi Astana adının qaytarılması tarixi ədalət olacaq”, - bəyanatda deyilir.

Parlamentarilərin fikrincə, bu qərarla sabiq dövlət başçısının ölkənin əsas şəhərinin formalaşması və inkişafına verdiyi töhfələr nəzərə alınacaq, həmçinin vətəndaşların istək və gözləntiləri qarşılanacaq.
TASS












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.