Türkiyədə inanılmaz qarət planı: İş adamının külli miqdarda pulu oğurlandı - FOTO

3-09-2022, 07:48           
Türkiyədə inanılmaz qarət planı: İş adamının külli miqdarda pulu oğurlandı - FOTO
Tükiyənin aksiyon filmlərinə bənzəyən oğurluq hadisəsi baş verib.

Oğru dəstə iş qadınının cildinə girərək hesabındakı pulları çıxarıb.

40 yaşlı iş qadınına hesabından külli miqdarda pul çıxarıldığı ilə bağlı bankdan zəng gəlib. Qadın pulu çəkənin özü olmadığını desə də, bank buna inanmaq istəməyib. Polisə şikayət edilib və nəticədə hadisə ilə bağlı araşdırma başladılıb.

Polis qrupları bank şöbəsinin təhlükəsizlik kamerası görüntülərini incələyib. Pulu iş qadınına bənzəyən başqa birinin götürdüyü müəyyən olunub. Həmin şəxs saxlanılıb. “Borcum var idi, iş təklif etdilər, qəbul etdim”, - deyə saxlanılan şəxs polisə ifadəsində bildirib. Bunun ardınca digər dəstə üzvləri də saxlanılıb.

Məlum olub ki, oğurluq dəstəsinin üzvləri iş qadınını izləyib, mürəkkəb plan qurub, saxta şəxsiyyət vəsiqələri düzəldib, dublyorlar işə götürüb. Dublyor parik və digər prosedurlarla iş qadınına bənzədilib. Saxta ID yaradılıb.

İş qadınının bankla əlaqə saxladığı mobil telefon nömrəsinə zənglər bloklanıb. Dublyor iş qadınını parikini taxaraq banka gedib və onun hesabından 500 min lirə çıxarıb.

Pulu isə kafedə görüşərək paylaşıblar.

Dəstə üzvlərinin hamısı ələ keçirilib və məhkəməyə göndəriliblər.






Mənbə: CNNTürk












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.