Türkiyədə azərbaycanlılar arasında atışma oldu - ÖLƏN VAR

4-09-2022, 09:01           
Türkiyədə azərbaycanlılar arasında atışma oldu -
Türkiyədə azərbaycanlılar arasında atışma olub.

Bu barədə Teref.az Türkiyə mətbuatına istinadən xəbər verir.

Məlumata görə, hadisə gecə saatlarında qeydə alınıb. Naməlum şəxslər Azərbaycan əsilli Ceyhun Əkbərova atəş açıblar. Ağır xəsarətlər alan C.Əkbərov hadisə yerində ölüb.

Hadisəni törətməkdə şübhəli bilinən 2 nəfər - Rusiya vətəndaşı L.G. və Azərbaycan vətəndaşı Z.A. hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılıb. Onların üzərindən 2 ədəd tapança aşkar edilib.

Araşdırma aparılır. ("Report")












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru