Türkiyə-İsrail münasibətlərinin inkişafı Müdafiə Sənayesinə necə təsir edəcək? – ANALİZ

5-09-2022, 12:51           
Türkiyə-İsrail münasibətlərinin inkişafı Müdafiə Sənayesinə necə təsir edəcək? – ANALİZ
1948-ci ildə qurulan İsraili ilk tanıyan dövlətlərdən biri Türkiyə olub. 1949-cu il martın 28-də İsrailin tanınması ilə Ankara-Təl-Əviv münasibətləri uzun illər qarşılıqlı maraq, insan haqlarına və ölkələrin suveren hüquqlarına hörmət əsasında formalaşıb. Xüsusilə 1990-2000-ci illərdə iki ölkə arasında müdafiə sahəsində dərin əməkdaşlıq qurulub. Türkiyə Hərbi Hava Qüvvələrinin bu gün də istifadə etdiyi və istənilən yerli sursatla təchiz oluna bilən F-4E 2020 “Terminator” təyyarələrinin modernləşdirilməsi “Israel Aircraft Industries” (IAI) şirkəti tərəfindən həyata keçirilib. Digər mühüm layihə M60 tanklarının modernləşdirilməsi idi.

2000-ci illərin əvvəllərində Türkiyə İsraillə Pilotsuz Uçuş Aparatı (PUA) haqqında müqavilə bağlayıb. “Heron-Watcher” adlanan PUA sistemi inventarlaşdırılarkən, görüntülərin ötürülməsi və mühərrikə qulluq kimi bir çox mövzuda problemlər yaşanıb.

2010-cu ildə baş verən “Mavi Mərmərə” hadisələri iki ölkə arasında müdafiə sahəsində əməkdaşlığın dayandırılmasına səbəb olub. Daha sonra 2016-cı ildə münasibətlər bərpa olunsa da, 2018-ci ildə İsrailin Qüdsdə səfirliyin açılmasına etiraz edən fələstinlilərə atəş açaraq 60 nəfərin ölümünə səbəb olmasından sonra Türkiyə öz səfirini məsləhətləşmələr üçün geri çağırıb və İsraildən oxşar addım atmasını istəyib. Səfirlər heç vaxt Təl-Əvivə və Ankaraya qayıtmadığından, iki ölkənin yüksək səviyyəli rəsmiləri faktiki olaraq müvəqqəti işlər vəkili olublar.

Türkiyənin ABŞ və ya Avropadan almaqda çətinlik çəkdiyi optika, qabaqcıl texnologiya avadanlığı, müxtəlif hava hücumundan müdafiə raketləri kimi mövzularda İsraillə əməkdaşlıq mümkün məsələlər arasındadır. Bu mövzuda bir çox maneələrin İsrailin dəstəyi ilə keçilə biləcəyi bildirilir.


Digər bir məsələ isə birgə təlimdir. Bu gün İsrail Hərbi Hava Qüvvələri beynəlxalq təlimlərin keçirilməsi ilə bağlı Yunanıstanla mühüm əməkdaşlıq edir. Keçən illərdə Konyaya gələn İsrail təyyarələri “Anadolu Qartalı” təlimlərindən sonra diplomatik münasibətlər korlandıqdan sonra marşrutlarını Yunanıstanın Krit adasına çevirib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.