Türkiyə Xarici İşlər Nazirliyindən Çexiyaya SƏRT REAKSİYA

6-09-2022, 12:13           
Türkiyə Xarici İşlər Nazirliyindən Çexiyaya SƏRT REAKSİYA
Türkiyə XİN Çexiyanın ölkəsinə aid dediklərinin heç bir mənası və dəyərinin olmadığını bildirib.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, Çexiya Xarici İşlər Nazirliyinin tviter hesabında paylaşılan yazıda, "Məqsədlərimizdən biri də Aİ-Türkiyə dialoqunu təşviq etməkdir. Eynilə Aİ-yə üzv ölkələrin qəbuledilməz təhdidləri kimi, prezident Ərdoğanın Yunanıstana son açıqlaması tamamilə faydasızdır”.

Türkiyə Xarici İşlər Nazirliyi bununla bağlı açıqlama verib:

“Çexiya Xarici İşlər Nazirliyi və bəzi digər Aİ qurumlarının Aİ-nin müvəqqəti prezidenti kimi ölkəmizlə bağlı verdiyi bəyanatların bizim üçün heç bir mənası və dəyəri yoxdur. Aİ-nin üzvlük həmrəyliyi əsasında Egey və Aralıq dənizi münaqişələrində Yunanıstana şübhəsiz dəstək verməsi həm Aİ-nin öz mükəmməlliyinə, həm də beynəlxalq hüquqa ziddir. Yunanıstanı ərköyünləşdirən bu münasibət həllə deyil, qeyri-həll yolunu təşviq edir və Yunanıstanın maksimalist tələblər arxasınca getməsini dəstəkləyir. Bu bəyanatları verənlərin Yunanıstanın ölkəmizə qarşı törətdiyi pozuntulara, təqib və təhdidlərə, təxribat xarakterli hərəkətlərinə və diskurslarına məhəl qoymamaları, beynəlxalq hüquqa zidd hərəkət və əməllərə biganə qalmaları biabırçılıqdır.
Əgər Çexiya Sədrliyi və ya Aİ dialoqu təşviq etmək istəyirsə, Türkiyə-Aİ münasibətləri AB həmrəyliyinə və ortaq maraqlarına xələl gətirən dar düşüncəli Yunan/Kipr vetosundan sui-istifadə etmədən, mahiyyət etibarilə xilas edilməlidir.
Türkiyə Egey və Aralıq dənizindəki qanuni hüquq və mənafelərini qətiyyətlə qorumağa davam edəcək”.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.