Türk diyarının ən maraqlı qəbri Ukok yaylasından tapılmış qadın mumiyasıdır.

8-09-2022, 09:18           
Türk diyarının ən maraqlı qəbri Ukok yaylasından tapılmış qadın mumiyasıdır.
TEREF.AZ: Qadın 2500 il əvvəl 25 yaşında xərçəngdən həyatını itirib. Qolunda çox kefiyyətli tatular var ki, ən maraqlısı "Şıllaq atan maral" rəsmidir. Adı bilinməyən mumiyaya kefiyyətlə tikilmiş ipək köynək, yundan yubka, keçə corab və xəz palto geyindirilmişdir. Saçları dik dursun deyə qadına 90 sm uzunluğunda keçə, yun və öz saçlarını qatmaqla çox profesional hazırlanmış parik qoyulub.
Yanında basdırılan 6 atdan və paltarlarından görünür ki, qadın sıradan biri olmayıb. Ehtimal edilir ki, qəbilənin adlı sanlı döyüşçüsü və ya şəhzadədir. Atlar yəhər, tapqır, tərlik, quşqur və yedək ilə basdırılıb ki, bu da türklərin ilk at aksesuarları kəşf edən millət olduğunu sübut edir. Qulaqlarında qızıl sırqa, barmağında qızıl üzük olan qadın Hindistandan gətirilimə rəngli muncqularla örtülüb. Alimlər qəbirdə tapdıqları bəzi parçaların da Hindistandan gətirildiyini ehtimal edir.
Mumiyalanma da çox cərrahi əməliyyatla həyata keçirilib, baş dağılmadan beyin və iç orqanlar çıxarılıb. İlk yer altında böyük otaq tikilib, otağa atlar salınıb, maral rəsmləri olan tabut qoyulub, içinə mumiya qoyulduqdan sonra bürünc mismarlarla örtülüb.

Orxan Vəliyev
Teref.az












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.