Mustafa Krımoğlu: “Krım yoxdursa, gələcəyimiz yoxdur”

10-09-2022, 12:53           
Mustafa Krımoğlu: “Krım yoxdursa, gələcəyimiz yoxdur”
Krım tatarlarının milli lideri, Ukrayna Radasının üzvü Mustafa Əbdülcəmil Krımoğlu və Ukrayna xarici işlər nazirinin müavini, Krım tatar diasporunun nümayəndəsi Əminə Ceppar Türkiyəyə səfər ediblər.

Publika.az yerli media portallarına istinadla xəbər verir ki, onlar səfər çərçivəsində Eskişehirdə olub, Eskişehir Krım Dərnəyində görüş keçiriblər.
Görüş barədə verilən məlumatda qeyd olunur ki, qonaqları Eskişehir Krım Dərnəyi başqanı Ercan Bozkurt və rəhbər heyət qarşılayıb. Görüşdə Türkiyə Böyük Millət Məclisinin Xarici əlaqələr komitəsinin üzvü, CHP Eskişəhər millət vəkili Utku Çakırözer də iştirak edib.

Görüşdə çıxış edən M.Krımoğlu Rusiyanın Ukraynaya qarşı apardığı müharibəyə son qoymaq üçün aparılan danışıqlarda Rusiya tərəfinin qəbuledilməz tələblər irəli sürdüyünü bildirib. O, Krımın taleyi ilə bağlı belə deyib: “Krımı xilas edə bilməsək, gələcəyimiz yox olacaq”

E.Bozkurt çıxışında dərnəyin Eskişehirdəki fəaliyyətinə toxunaraq, yerli hökumət qurumlarına dərnəyə dəstəklərinə görə təşəkkürünü bildirib. O, həmçinin M.Krımoğluya hədiyyə təqdim edib.












Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.