Kremlin təklifi: Hakan Fidan gizli görüş keçirdi

16-09-2022, 10:36           
Kremlin təklifi: Hakan Fidan gizli görüş keçirdi
Bu həftə Türkiyə Milli İstihbarat Təşkilatının (MİT) rəhbəri Hakan Fidan və Suriya kəşfiyyatının rəhbəri Əli Məmlük Suriyanın paytaxtı Dəməşqdə bir neçə dəfə görüş keçiriblər.

Axar.az xəbər verir ki, bu barədə “Röyters” adı açıqlanmayan məbəyə istinadən məlumat verib.

Türkiyəli yüksək rütbəli rəsmi və türk təhlükəsizlik mənbəsinin bildirdiyinə görə, görüşlər zamanı Prezident Tayyib Ərdoğanın ən yaxın adamlarından biri olan Hakan Fidan Məmlüklə iki ölkənin xarici işlər nazirləri arasında görüş ehtimalını dəyərləndirib.

“Rusiya istəyir ki, Suriya və Türkiyə hər iki tərəfin mənafeyinə uyğun olaraq, öz problemlərinin öhdəsindən gəlsin və müəyyən razılaşmalar əldə etsinlər”, - mənbə qeyd edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.