Silahla restorana gəlib oranın sahibini və onun qardaşını güllələdi – VİDEO

17-09-2022, 09:34           
Silahla restorana gəlib oranın sahibini və onun qardaşını güllələdi – VİDEO
Bir neçə ay əvvəl Türkiyənin Gümüşhane şəhərində bir nəfərin öldürülməsi, digərinin ağır yaralanması ilə nəticələnən ağır cinayət hadisəsinin görüntüləri yayılıb.

Qeyd edək ki, İbrahim Zəngin adlı iş adamı onun restoranlarından birində işləyən qadın ofisianta sataşan Ümid Özkan adlı şəxsə zəng edərək ondan əməllərinə son qoymağı tələb edib.

Tərəflər arasında baş verən dialoqdan sonra qadınla münasibəti olduğunu iddia edən Ü.Özkan silahla restorana gələrək oranın sahibini və onun qardaşına müştərilərin gözü qarşısında güllələyib.

Nəticədə restoranın sahibi ölüb, onun kiçik qardaşı isə yaralanıb.

Polislər tərəfindən saxlanılan Ü.Özkan məhkəmə qarşısına çıxarılıb.

Hakimlər onu ömürlük həbsə məhkum edib.

Qandonduran cinayət təhlükəsizlik kameraları tərəfindən anbaan qeydə alınıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru